Millimiz İordaniyada təlim-məşq toplanışı keçəcək
25 Dek 2009
Millimiz İordaniyada təlim-məşq toplanışı keçəcək
Azərbaycan millisinin təlim-məşq keçəcəyi məkan bəlli olub. Təqvimdə beynəlxalq yoldaşlıq oyunları üçün müəyyən edilmiş 2010-cu il martın 3-də millimizin keçirəcəyi yoldaşlıq oyununa hazırlıq məqsədilə komandamızın 2010-cu il fevralın sonunda təlim-məşq toplanışının təşkili nəzərdə tutulmuşdu. Artıq toplanışın keçiriləcəyi yer müəyyənləşib. Fevralın 22-dən martın 1-dək millimiz İordaniyada təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində – fevralın 25-də millimizin İordanqiya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Xatırladaq ki, Martın 3-ündə millimiz Lüksemburqla yoxlama oyunu keçirəcək.