MİLLİMİZ MƏĞLUB OLDU, AMMA . . .

7 Okt 2006
MİLLİMİZ MƏĞLUB OLDU, AMMA . . .
Avropa Çempionatının Seçmə mərhələsinin növbəti turunun oyunları keçirildi. A qrupunda Azərbaycan Portuqaliyanın qonağı oldu...
...OYUN ÖNCƏSİ: Bu matça Yığmamız böyük ümidlərlə getmişdi. Heyətdə birdən birə altı milliləşdirilmiş futbolçunun olması, qalan 5 futbolçunun isə Azərbaycanın "qaymaq"ları olması əvvəlki 7:0-lıq biabırçılığın olmayacağına bir qədər ümid yaradırdı. Amma baş məşqçinin "heç bir komandanın baş məşqçisi Portuqaliyadan nəticə ilə dönəcəyik deyə bilməz..." fikri bir qədər qorxunun olduğuna da işarə idi...
...OYUN: Oyun komandamız üçün gözəl başladı. İlk 20-25 dəqiqə demək olar ki, bərabər səviyyədə keçən oyunda qapılar qarşısında hərəyə bir təhlükəli vəziyyət yarandı. Lakin ilk 20-25 dəqiqə. Bundan sonra isə səviyyə fərqi özünü açıq aşkar biruzə verdi. Kristian Ronaldonun dublu və Karvalyonun qolu ...
...OYUN SONRASI: Nikbinliyə əsas var. Komandamız güclü rəqibə qarşı gözəl oyunu ilə diqqət çəkdi. Amma "gözəl oyun" kəlməsinin "gözəl qələbə" kəlməsinə dəyişəcəyimiz günə nə qədər zaman qaldığını demək isə...
Arzulayaq ki, elə növbəti Belçika səddindən sonra bu kəlmə yazımız başlığına çevrilsin....