MİLLİMİZ MEYDANA MƏĞLUB ÇIXDI. . .

single-news
26 Mar 2007

MİLLİMİZ MEYDANA MƏĞLUB ÇIXDI. . .



Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Polşa ilə qarşılaşıb. Çox təəssüflər olsun ki, millimiz Varşavada böyük hesablı məğlubiyyətə uğrayıb. . .

Cəmi bir neçə gün öncə Qazaxıstanda keçirilmiş “Alma-Tv” kubokunda iki qələbə ilə ikinciliyi əldə etmiş yığmamızın ən azından ötən tsikldə yaşanmış 0:8 faciəni unutduracağı söylənilirdi. Hər halda millimizin baş məşqçisi Şahin Diniyev matçöncəsi nikbin xarakterli fikirlər söyləmişdi. Lakin göründüyü kimi, görüşün elə ilk dəqiqəsində komandamız rəqibin ilk hücumundaca topru qapıdan çıxarmağa məcbur oldu. 3 dəqiqə keçməmiş polyaklar növbəti standart vəziyyətdən sonra fərqlənəndə artıq oyunun müqəddəratı həll olundu. Avropalılar bir də 34 cü dəqiqədə fərqlənib ilk yarıdaca böyük hesablı qələbəni rəsmiləşdirdilər - 3:0.

Polşa-Azərbaycanİkinci yarıda da iki dəfə qol sevinci yaşayan polşalılar 5:0-lıq qələbə qazandılar. Azərbaycan millisi bununla da təsnifat mərhələsində keçirdiyi 5 matçda 4-cü yenilgiyə məruz qaldı.

 

Xatırladaq ki, millimiz növbəti görüşü Martın 28-i Bakıda Finladiya ilə keçirəcək.

 

Qrupumuzun digər qarşılaşmalarında isə Qazaxıstan gözlənilmədən Serbiyanı məğlub etdi. Portuqaliya isə Ronaldonun əla oyunu ilə Belçikanı 4:0 hesabıyla məğlub etdi.  Qardaş Türkiyə millisi əzəli və ədəbi rəqibi Yunanıstanı Afinada biabır etdi.

Ümumiyyətlə, digər qruplarda ən diqqət çəkən məqam İngiltərənin İsrail yenə bilməməsi oldu. Hegemonlardan Fransa, İspaniya, Almaniya  aktivlərinə 3 xalı yaza bildi.

Paylaş

// pop up