Millimizdən 2012-də ilk qələbə
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5572.jpg)
Millimizdən 2012-də ilk qələbə
Fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası növbəti yoxlama matçına çıxıb.
Ilk görüşündə Sinqapur yığması ilə heç-heç oynayan (2:2) millimiz bu dəfə Hindistanı udmaq istəyirdi. FİFA-nın reytinqində 154-cü yerdə qərarlaşan Hindistan yığması millimizdən 45 pillə geri qalır.
Görüşə fəal başlayan komandamız erkən qolla hesabda önə keçib. `Qarabağ`ımızın forvardı Vüqar Nadirov fərqlənib. Fasiləyə qədər daha bir qol vuran millimiz ikinci hissədə də rəqib qapısına yol tapıb. Bununla da, yığma komandamız 2012-ci ildə ilk qələbəsini qazanıb -3:0.
Qeyd edək ki, millimiz fevralın 29-da Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək.
27 fevral
Yoxlama görüşü
17:30. Azərbaycan - Hindistan - 3:0
Qollar: Vüqar Nadirov, 3 (1:0), Mahir Şükürov, 43-pen (2:0), Nizami Hacıyev, 84 (3:0)
Azərbaycan: 1. Kamran Ağayev, 2. Rail Məlikov (Arif Daşdəmirov, 81), 3. Aqil Nəbiyev, 4. Mahir Şükürov (Əfran İsmayılov, 56), 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Hacı Əhmədov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (Bədavi Hüseynov, 88), 17. Vüqar Nadirov, 26. Vüqar Əsgərov (Nizami Hacıyev, 68)
Hindistan: 25. Subhasiş Roy Choudhury, 22. Quramanqi Sinqh (k), 19. Syed Rahim Nabi, 3. Racu Eknath Qaikvad, 27. Quryinder Sinqh, 32. Reysanqmi Vaşum, 45. Maniş Maythani, 17. Adil Ahmed Khan, 26. Fransisko Fernandes, 18. Chonqtham Suşilkumar Sinqh, 9. Yoaxim Santan Abrançes