MİLLİMİZİN YENİ BAŞ MƏŞQÇİSİ - ŞAHİN DİNİYEV !
30 Noy 2005
MİLLİMİZİN YENİ BAŞ MƏŞQÇİSİ - ŞAHİN DİNİYEV !
AFFA İcraiyyə Komitəsinin noyabrın 29-da keçirilən iclasında “Gəncə” komandasının baş məşqçisi Şahin Diniyev komitə üzvlərinin yekdil qərarı ilə milli yığmanın baş məşqçisi oldu. Ş. Diniyevin təklifi əsasında Şakir Qəribov onun birinci köməkçisi və 15-17-19-21 yaşlılardan ibarət yığmanın rəhbəri, Nazim Əliyev U-21-in, Arif Əsədov U-19-un, Yaşar Vahabzadə U-17-nin, Mirbağır İsayev U-15-in baş məşqçi vəzifəsinə təyin olundu.
Tədbirdən sonra AFFA-nın prezidenti Ramiz Mirzəyev, baş katib Fuad Əsədov və Milli yığmanın baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirərək jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verdilər.
"QARABAĞ" FUTBOL KLUBU OLARAQ, ŞAHİN MÜƏLLİMİ TƏBRİK EDİR, ONUN BU VƏZİFƏNİN ÖHDƏSİNDƏN LAYİQİNCƏ GƏLƏCƏYİNƏ İNANARAQ, UĞURLAR ARZULAYIRIQ !
BAŞ MƏŞQÇİ HAQQINDA QISA ARAYIŞ:
Şahin Diniyev Xudakərim oğlu 12 avqust 1966-cı ildə Beylaqan rayonunda anadan olub. 17 yaşında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub. İlk dəfə futbolçu kimi 1984-ci ildə Mingəçevirin “Avtomobilçi” klubunda çıxış edib. 1985-1986-ci illər ərzində Bakının “Gənclik” klubunda futbolçu karyerasını davam etdirib. 1987-ci ildə AzDBTİA-nı bitirdikdən sonra Bakının “Neftçi” komandasına qəbul olunub. Diniyev 1988-ci və 1991-ci illərdə Gəncənin “Kəpəz” komandasında oynayıb. Bir müddət legioner həyatı yaşayan futbolçu Kişinyovun “Nistru” (1989), Voronejin “Fakel” (1990), Qroznunun “Terek”(1992) və İsrailin “Apoel” və “Beytar” (1993-96) komandalarında oynayıb. Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərir:
1997 – U-16; 1998-2000 – U-18; 2001 – “Terek” (Qroznı); 2002-2004 – “Qarabağ-Azərsun” (Ağdam); 2004-cü ildən başlayaraq – “Gəncə” (Gəncə). O, bu dövrlər ərzində iki dəfə
1998-1999-cu illərdə UEFA-nın məşqçilər üçün təşkil etdiyi xüsusi kurslarda təhsil alaraq sertifikatlara layiq görülüb.
2000-cü ildə isə UEFA-FİFA-nın birgə keçirdiyi seminarda iştirak edərək beynəlxalq təşkilatların attestatını alıb.