Millinin baş məşqçisi sadəcə Əfran dedi

single-news
12 Yan 2009

Millinin baş məşqçisi sadəcə Əfran dedi



Məlum olduğu kimi, Azərbaycanın U-21 millisi Türkiyədə təlim-məşq toplanışında olub. `Qarabağ`ımızın 6 üzvü  Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov, Natiq Kərimi, Osman Umarov və icarədən dönən Tagim Novruzov millinin heyətində hazırlıq keçiblər. Şotlandiyanın "Kilmarnok" klubunu darmadağın edən gənclərimizin 2 qolunu Əfran İsmayılov vurub. `Caykur Rizespor`a 1:2-lik məğlubiyyət zamanı İsmayılov tək qolumuza imza atıb. Komandamızın perspektivli yarımmüdafiəçisinin bu uğurlu oyunu millinin Almaniyalı baş məşqçisi Bernhardt Lippertin də diqqətindən qaçmayıb. Çalışdırıcı azerisport.com saytına verdiyi müsahibəndə ən çox Əfran İsmayılovu bəyəndiyini və gələcəkdə də istedadlı futbolçunu nəzərdə saxlayacağını bildirib. 

Paylaş

// pop up