MİLLİNİN BAŞ MƏŞQÇİSİNİN ADI GİZLİ SAXLANILIR

single-news
12 Fev 2008

MİLLİNİN BAŞ MƏŞQÇİSİNİN ADI GİZLİ SAXLANILIR



Hələ də milliyə kimin başçılıq edəcəyi bəlli deyil. Təbii ki,  bu məsələ böyük ölçüdə öz həllini tapıb. AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda açıqlamalarının birində jurnalistlərə ip ucu verib. Amma gərək çox düşünəsən. Deyib ki, milliyə nəzərdən keçirdikləri əcnəbi mütəxəssislərin sayı 6-ya enib və onlar arasında Hadziyevskinin də adı var. Əgər əcnəbilərlə danışıqlar alınmasa masa arxasanı yerli mütəxəssislər əyləşəcək. Baş katibin sözlərinə əsasən son variant kimi qalan 6 məşqçi arasında makedoniyalının  da adı var. Verilən digər bir  məlumatlara əsasən Hadziyevski millidə qalmayacaq. Çünki onun yerinə kimin gətiriləcəyi 90% həll olunub. Deyilənə görə millinin baş məşqçisi alman mütəxəssis olacaq.  Həmin məşqçinin kimliyi isə fevralın 14-nə kimi bəlli olacaq.

Paylaş

// pop up