MİLLİNİN İLK İMTAHANI
MİLLİNİN İLK İMTAHANI
DÇ-2010-nun seçmə mərhələsinə hazırlaşan yığma komandamız sabah ilk yoxlama görüşünü keçirəcək. Artıq bir neçə gündür ki, millimiz Antalyada Qazaxıstanla oynanılacaq həmin görüşə hazırlaşır. Yanvarın 30-dan etibarən Türkiyənin Antalya şəhərində hazırlıq keçirən, baş məşqçi Coko Hadziyevskinin drujinası “İC Santai” otelində məskunlaşıb və gündəlik məşqlərini reallaşdırır.Oyun Bakı vaxtı ilə saat 20:00-da WOW Football Centre stadionunda baş tutacaq. Oyunu baş hakimi də artıq məlumdur. Bu türkiyəli Kamil Abitoğludur. Artıq milli komandamızın bu oyununun canlı yayımla azarkeşlərə təqdim ediləcəyi dəqiqləşib. Belə ki, bu qarşılaşmanı “Xəzər” TV vasitəsilə izləyə biləcəyik. Bizdən fərqli olaraq, Qazaxıstan kanalları bu matçı yayımlamayacaqlar. Biz isə öz növbəmizdə millimizə Vətənə qələbə ilə dönməyi arzulayırıq.