Milliyə 26 futbolçu

single-news
1 Okt 2011

Milliyə 26 futbolçu



Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsində son 2 rəsmi oyunu üçün heyəti açıqlanıb. Baş məşqçi Berti Foqts oktyabrın 7-də Avstriya ilə ev, 4 gün sonra Türkiyə ilə səfər görüşünə 25 futbolçu çağırıb. Bununla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, 8-dən 12-dək İstanbulda təlim-məşq toplanışı keçiriləcək.
Foqtsun siyahısında yer alan futbolçulardan AZAL-ın kapitanı Aqil Nəbiyev hələ Qazaxıstanla görüşdə zədələndikdən sonra oynamır. Rauf Əliyev isə `Xəzər Lənkəran`la görüşdə zədələndikdən sonra bir müddətə sıradan çıxıb. Əvəzində `İnter`in kapitanı Vladimir Levin zədəsini sağaldaraq, xeyli fasilədən sonra milliyə qayıdıb. Foqtsun siyahısında hücumçuların çoxluğu diqqət çəkir. Yəni, millimizdə ən azı son 1 ildə bu qədər - 6 hücumçu yer almamışdı.
Qapıçılar - Kamran Ağayev (`Xəzər Lənkəran`), Andrey Popoviç (`Sumqayıt Şəhər`), Aqil Məmmədov (`Bakı`)
Müdafiəçilər - Rəşad Sadıqov (`Qarabağ`), Vladimir Levin (`İnter`), Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi `Qəbələ`), Aqil Nəbiyev (AZAL) Rail Məlikov, Ruslan Əmircanov (hər ikisi `Neftçi`), Elnur Allahverdiyev (`Xəzər Lənkəran`)
Yarımmüdafiəçilər - Ruslan Abışov (`Neftçi`), Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi `Qəbələ`), Rəşad Sadiqov, Namiq Yusifov, Əfran İsmayılov (hamısı `Qarabağ`), Rahid Əmirquliyev (`Xəzər Lənkəran`), Ufuk Budak (`Frayburq`, Almaniya)
Hücumçular - Branimir Subaşiç (`Xəzər Lənkəran`) Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi `Qarabağ`), Murad Hüseynov (`Qəbələ`), Elşən Məmmədov (AZAL), Vaqif Cavadov (`Volqa`, Rusiya)
Qeyd edək ki, millimizin ölkədən kənarda çıxış edən oyunçularından Cavadov oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də millinin heyətinə qoşulacaq.

Paylaş

// pop up