Milliyə 6000 azarkeş
26 Mar 2009
Milliyə 6000 azarkeş
Martın 28-də DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Moskvanın "Lujniki" stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununda millimizi minimum 6000 azarkeş dəstəkləyəcək. Bu barədə Rusiya mətbuatına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
«5000 bilet Azərbaycanın Moskvadakı səfirliyinə verilib. Həmin biletlər Rusiyada yaşayan soydaşlarımıza pulsuz paylanılıb. Məqsədimiz çətin səfər oyununda komandamız üçün lazım olan azarkeş dəstəyini təmin etməkdir. Eyni zamanda Bakıdan 500 fanat Moskvaya gələcək. Bundan başqa Moskva və Sankt-Peterburqda yaşayan soydaşlarımızın öz hesabına bilet əldə edərək oyuna gələcəyi də gözləniləndir", - deyə AFFA-nın baş katibi bildirib.
Məmmədov azarkeşlər arasında hər hansı instendin yaranmamasına çalışacaqlarını da qeyd edib: "Oyundan əvvəl və sonra azarkeşlərlə bağlı xoşagəlməz olayların yaşanmasına istəmirik. Rusiya ilə Azərbaycan arasında yaxşı dostluq əlaqələri mövcuddur. Buna görə də azarkeşlər arasında problemin yaranmayacağına ümid edirik. Artıq Bakıdan əməkdaşlıramız Moskvaya gəlib. Onlar səfirliyin əməkdaşları ilə birlikdə azarkeşlərə nəzarət edəcək".