MİLLİYƏ GETMƏK - ŞƏRƏFDİR !
MİLLİYƏ GETMƏK - ŞƏRƏFDİR !
"Qarabağ" Futbol Klubu hər zaman Azərbaycan Futbolunun inkşafı üçün əlindən gələni əsirgəməməyə çalışıb.Bu baxımdan son dövrlərdə gəncləşdirmə siyasəti yeritməklə aşağı yaşlı futbolçuları futbolumuza qazandıran klubumuz günü-gündən yeni adlarla azarkeşlərimizi sevindirir. İllərdir ki eyni adlar və simalardan bezmiş futbolsevərlərimiz isə əlbətdə tanımadıqları gənclərin yüksək səviyyəli futbolunu izlədikcə inkşaf qığılcımlarının hardan göründüyünü sezirlər...
1 il öncə Maksim, Rauf, Əfran və digər adlar eşitdikdə bunun futbolla heç bir əlaqəsinin olmadığını düşünənlər bu gün həmin adların Millimizin əsas fiqurları olduğunu görürlər. Bu isə Klubumuzun düzgün yolda olduğunun bariz nümunəsidir.
Martın 8-12 -də keçiriləcək 21 yaşlılardan ibarət Millimizə dörd futbolçumuz - Osman Umarov, Nodar Məmmədov, Maksim Medvedev və Vagif Cavadov dəvət olunmuşdur. Bu futbolçuların sırasına ən yaxın zamanda Şəhriyar Xəlilov, Əfran İsmayılov, Rauf Əliyev kimi adların da əlavə olunacağı halda heç də təəcüblənməyin. Məhz yuxarıda adları çəkilmiş futbolçular Azərbaycan futbolunun gələcəyidirlər. "Qarabağ" Futbol Klubu olaraq isə onarın futbolçu kimi yetişməyində bütün şəraitlər yaradılmışdır. Məhz bu haqda futbolçuların öz fikirlərini diqqətinizə çatdırırıq:
Maksim Medvedev: "Üç il öncə "Qarabağ"da seçmələr keçiriləndə Raufla (Rauf Əliyev nəz. tut) bu yarışa qatıldıq. Onda ağlıma da gəlməzdi ki bu komandanın əsas oyunçularından birinə çevrilə bilərəm. Bu gün şərəflə "Qarabağ"lı olduğumu hər yerdə bəyan eləyirəm..."
Vagif Cavadov: "Bir klubda ki, gənclərə üstünlük verilir o klubda mütləq nəticə olacaq. Bu baxımdan,iddialı klubda oynamaq baxımından daha 2 il "Qarabağ"lı olmağa razı oldum. İnanıram ki, "Qarabağ"ın iddialı adını ən yaxın zamanda özünə qaytaracağıq..."
Nodar isə milliyə çağrılması barədə danışdı: "Komandamızda elə bir atmosfer yaradılıb ki, hər kəs milliyə dəvət olunmaq barədə düşünür. Əlbətdə ki, bunu göstərdiyimiz oyunla sübut etməliyik. Rəhbərlik də stimul verir. Bir sözlə hər şəraitimiz var ki, gözəl oyunla milliyə yayiq olduğumuzu sübut edək..."