Minimal hesablı məğlubiyyət...

single-news
20 Yan 2010

Minimal hesablı məğlubiyyət...



`Qarabağ` 0 - 1 `İrtış` QAZAXISTAN...

Komandamız günün ikinci matçına aşağıdakı heyətlə çıxdı:

Fərhad, Teli, Rəşad Sadıxov, Elnur, Maksim, Aslan, Rəşad Sadiqov, Rəşad Kərimov, Emin İmaməliyev, Əfran, Rauf.

Matç başlayan kimi rəqib komanda müdafiəçilərimizin bir-birini başa düşməməsi nəticəsində qapıçımızla qarşı qarşıya qaldı ki, buda hesabın açılmasına səbəb oldu. Bundan sonra bütünlüklə rəqib komandanın yarım meydanında matçı keçirən `Qarabağ`lılar arda arda kəsərli hücumlar yaratmağa başladılar. Təkcə Rauf Əliyevin matç ərzində 6 yüz fazili epizodlarını ya qapıçı dəf edir, yada qeyri-dəqiqliklə başa çatırdı. İkinci yarıda başlayan güclü yağış altında `İrtış` komandasını qapısına sıxan, istər mərkəzdə, istər sağ, istərsə də sol cinahlardan hücuma keçən futbolçularımız fiziki çox güclü olan qazax futbolçularının müqavimətini qıra bilmədilər. Nəticədə komandamız günü məğlub başa vurdu...

Paylaş

// pop up