Minskdə iki qələbə

single-news
13 Mar 2024

Minskdə iki qələbə



“Qarabağ”ın U-13 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) turnirində mübarizəyə başlayıb. “Kalininqrad”, “Sovetskiy rayon” (Rusiya) və “Yuri Puntus FS” ilə birlikdə A qrupunda yer alan komandamız yarışın ilk günündə iki matça çıxıb.

 

“Qarabağ” ilk turda “Sovetskiy rayon”la qarşılaşıb. Komandamız bu oyunda 2:1 hesablı qələbə qazanıb. Qollara İbrahim Rza və Raul Hüseynli imza atıb. “Qarabağ”ın ikinci rəqibi “Yuri Puntus FS” olub. Rəqib qapısından 2 cavabsız qol keçirən komandamız ikinci qələbəsini əldə edib. Bu görüşdə Miroslav Medvedyev və Fərid İsrafilli qol sevinci yaşayıb.

 

Keçirdiyi hər iki görüşdə qalib gələn “Qarabağ” A qrupunun lideridir. Qrup mərhələsi başa çatdıqdan sonra ilk iki yeri tutan komandalar 1-8, son yerləri tutan komandalar 8-16-cı yerlər uğrunda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, Belarus, Rusiya və Azərbaycan komandalarının qatıldığı turnir martın 16-dək davam edəcək. Elşad Xudadatovun baş məşqçisi olduğu komandamız turnirə Şah Əliyev, Adəm Babayev, Həsən Mürşüdzadə, Daniil Medvedyev, Miroslav Medvedyev, Bayram Məmmədli, Kamal Bayramov, İsmayıl Rəsulov, Müslüm Vəkilov, Muhammed İsmayılov, Hüseyn Novruzlu, İsmayıl İmanov, Ağa Oruczadə, Ramil Əmirquliyev, Səbran Muradlı, Raul Hüseynli, Timuçin Yəhya, İbrahim Rza, İbrahim Rəsulov və Fərid İsrafillidən ibarət heyətlə yollanıb.

Paylaş