Misir millisinin üzvü `Qarabağ`da...

single-news
19 Yan 2010

Misir millisinin üzvü `Qarabağ`da...



`Qarabağ` Futbol Komandası heyəti gücləndirmək üçün işləri davam etdirir. Bu gün Misir Milli yığma komandasının14 nömrəsi Klubun düşərgəsinə qoşuldu… 

1989-cu il doğumlu, Misir U-20 Yığma komandasının aparıcı üzvü Hossam Hasan  bu gün Klubun düşərgəsinə dəvət olunmuşdur. Sabah keçiriləcək oyunlar üçün komandaya gəlmiş yarımmüdafiəçi bir neçə ay əvvəl 20 yaşlılardan ibarət Dünya kuboku uğrunda yarışda da ölkəsinin şərəfini qorumuşdur. Misirdə hər zaman yüksək yerlər uğrunda mübarizə aparan, hal-hazırda 3-cü yerdə məskunlaşmış `FC Enppi` komandasından çağrılmış futbolçu `El Zmalek` komandasının yetirməsidir. `Enppi` komandasına  Hossamın uşaqlıqdan göstərdiyi texnikalı oyun, Milli komandada gözəl çıxışı səbəb olmuşdur. Təəccüblü deyil ki, ölkəsində gənc yaşlarında- 15 yaşında professional müqavilə imzalayan futbolçulardan biridir…

Paylaş

// pop up