MKT "Araz" lideri də büdrətdi(üç nöqtə,05.04.2005)

single-news
5 Apr 2005

MKT "Araz" lideri də büdrətdi(üç nöqtə,05.04.2005)



Futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında 25-ci turun görüşləri keçirilib. Turun mərkəzi qarşılaşmasında İmişlidə yerli MKT "Araz" lider "Qarabağ"ı qəbul edib. Artıq görüşün 11-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu F.L.Ramimin meydan sahiblərini hesabda irəli çıxardıb. Bir qədər sonra isə "Qarabağ"ın oyunçusu Samir Musayev topu rəqib qapısından keçirsə də, hakim bunu hesaba almayıb. Fasilədən sonra üstünlüyü artıran qonaqlar bərabərlik topunu vura biliblər. "Qarabağ"ın hüfumçusu Vadim Vasilyev başla dəqiq zərbə endirib. Sonrakı dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Çempionluğa iddialı "Xəzər-Lənkəran" isə səfərdə "Bakılı"nı 3:1 hesabı ilə məğlub edib. Qonaqların qollarını Xəqani Məmmədov, Məsud və Oqtay vurub.İddialı komandalardan "Turan" da səfərdə uğur qazana bilib. Tovuzlular Sumqayıtda Aftandil Hacıyevin dublu sayəsində "Gənclərbirliyi"ni məğlub edib. Keçirilmiş oyunların nəticələri belədir: "İnter"-"Ədliyyə" - 2:1, "Bakılı"-"Xəzər-Lənkəran" - 1:3, MKT "Araz"-"Qarabağ" - 1:1, "Gənclərbirliyi"-"Turan" - 0:2, MOİK-"Neftçi" - 0:1, "Şəmkir"-"Bakı" - 0:2.

Paylaş