"MKT-ARAZ NEFTÇİDƏN SONRA QARABAĞI BÜDRƏDƏ BİLƏCƏKMİ? (ÇEMPİON, 01.04.2005)

single-news
1 Apr 2005

"MKT-ARAZ NEFTÇİDƏN SONRA QARABAĞI BÜDRƏDƏ BİLƏCƏKMİ? (ÇEMPİON, 01.04.2005)



Digər görüşlərdən ən böyük maraq doğuranı “MKT-Araz” - “Qarabağ” matçıdır. Keçən tur səfərdə “Neftçi”dən xal alaraq, rəqibinə badalaq vuran imişlililər bu dəfə çempionatın liderini büdrətmək niyyətindədirlər. Son 10 oyunda məğlubiyyətin nə demək olduğunu bilməyən “Qarabağ” daha bir qələbə qazanıb liderliyini möhkəmlətmək istəyir. Nadir Qasımovu ən çox narahat edən komandanın “vuran ayağı” Tomas Mavrilyonun zədə üzündən oyunu buraxma ehtimalıdır. Onu da qeyd edək ki, bu komandalar ilk dövrədə İmişlidə üz-üzə gəlmiş və ağdamlılar 2:1 hesabı ilə qalib gəlmişdilər. İkinci pillədə yer alan “Neftçi” isə MOİK-in qonağı olacaq. “Flaqman” bu oyunda yığmada zədə almış Emin Quliyevin xidmətindən məhrum ola bilər. Ağasəlim Mircavadovun yetirmələri bu matçda qələbə qazanıb “Qarabağ”ın mümkün xal itkisi nəticəsində liderlə xal fərqini azalda bilərlər. İlk dövrədə doğma meydançada “hərbçilər”lə qolsuz heç-heçəyə razılaşan paytaxt təmsilçisi bu uğursuzluğun əvəzini çıxmaq niyyətindədir. Keçən tur “ədliyyə”ni darmadağın edən MOİK isə daha bir xal qazanıb təhlükəli zonadan çıxmaq istəyindədir.

Paylaş