"MKT-ARAZ" "QARABAĞ" 1:1

single-news
4 Apr 2005

"MKT-ARAZ" "QARABAĞ" 1:1



"QARABAĞ" - 1. R.Mehdiyev, 3.A.Kolinenko, 4.V.Boqaç, 8.A.Cabbarov, 18.N.Həsənov, 2.A.Kərimov, 19.E.İmaməliyev (20.R.Musayev), 21.İ.Məmmədov, 91.D.Sokolovski, 9.S.Musayev, 10.V.Vasilyev(14.İ.Karamanov). "MKT-ARAZ"- 12.R.Mustafayev, 4.V.Haqverdiyev(15.A.Bezrodnı, 63),5.E.Sultanov, 6.V.Quliyev, 8.F.L.Ramim, 11.T.Maurilyo, 13.N.Yusifov, 16.M.Etovu, 18.C.Adışırınov,20.Z.İsmayılov. Qollar: 8.F.L.Ramim-11 dəq(MKT-Araz), 10.V.Vasilyev- 50dəq(Qarabağ). Oyun qarşılıqlı hücumlarla başladı. 4-cü dəqiqədə Eminin yandan asmasını Aslan Kərimov zərbə ilə başa vura bilmədi. 10-cu dəqiqədə İsmayıl Məmmədovun uzaq məsafədən zərbəsi yaddaqalan oldu. Rəqibin cavabı da özünü çox gözlətmədi. Əks hücumda yaxalanan komandamız F.L.Ramimin mükəmməl zərbəsi nəticəsində topu öz qapısında gördü. Bundan sonra daha da fəallaşan komandamız "MKT-Araz" qapısı qarşısında təhlükəli vəziyyətləri sıralamağa başladı.Əvvəlcə Denisin ötürməsindən sonra Vadimin zərbəsi qapıdan azacıq aralı keçdi. Bir qədər sonra isə, Samir Musayevin rəqib qapısından keçirdiyi topu hakim hesaba almadı.Əslində isə oyundan kənarda qalan topla olmayan Vadim Vasilyev idi. İkinci hissə də komandamızın hücumları ilə başladı.50-ci dəqiqədə komandamız istəyinə çatdı. Belə ki, yandan ötürməni hava toplarının ustası olan Vadim Vasilyev mükəmməl zərbə ilə hesabı bərabərləşdirdi. Bundan sonra da qarşılıqlı hücumlarla qapılar ağzında təhlükəli vəziyyətlər yaransa da, hesab dəyişmədi: 1:1 Digər oyunlar belə nəticələnmişdir: ”İnter” - “Ədliyyə”2:1 MOİK - “Neftçi”0:1 ”Bakılı” - “Xəzər-Lənkəran”1:3 ”Gənclərbirliyi” - “Turan”0:2 ”Şəmkir” - “Bakı”0:2 "MKT_Araz" - "Qarabağ" oyunundan fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş