"MKT Araz" - "QARABAĞ" - OYUN ÖNCƏSİ . . .

single-news
6 Dek 2006

"MKT Araz" - "QARABAĞ" - OYUN ÖNCƏSİ . . .



"Qarabağ" Futbol Klubu Ölkə Çempionatının 13-cü turu çərçivəsində İmişlinin "MKT-Araz" komandasına qarşı oyunun hazırlıqlarını davam etdirir. T.İmayılov adına Suraxanı qəsəbə stadionunda məşqlər edən komanda oyuna bir gün qalmış matçın keçiriləcəyi İmişli şəhər stadionunda son məşqini keçəcək. Bundan sonra "Qarabağ"lılar oyun saatını gözləyəcək. Bu oyuna da komanda itkilərlə yollanır. XII tur çərçivəsində "İnter"lə oyunda zədələnmiş Samir Musayevin bu oyunda meydana çıxacağı oyun günündə məlum olacaq. Hal hazırda hücumçumuz həkim nəzarəti altındadır. Digər zədəlilər Vasif Haqverdiyev, Qoqa Beraya, Mübariz Orucov bu oyunda da komandaya kömək edə bilməyəcək. Əvəzində Azər Məmmədov zədəsini tam sağaldaraq qarşıdakı oyuna tam hazırdır... Oyun öncəsi komandanın aparıcı futbolçuları oyun haqqında fikirlərini saytımızla bölüşdülər: CAHANGİR HƏSƏNZADƏ: "Son turlarda komandamızın uğursuzluğunu "qara zolağa" düşməsi ilə əlaqələndirirdilər. Kubok 1/8 final, cavab qarşılaşmasında göstərdiyimiz oyun və qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm. İmişlidən komandamızın 3 xalla dönəcəyinə şübhə etmirəm..." AZƏR MƏMMƏDOV: "Allahın köməkliyi ilə, "MKT Araz"la oyundan qələbə ilə ayrılarıq. Buna inamımız böyükdür və bu nailliyyəti əldə edəcəyik..." ASLAN KƏRİMOV: "Qarabağ" hər zaman öz oyun dəsti ilə rəqibə diktə edən komanda olub. Rəqib bu il sabit çıxışı ilə seçilsə də, bu gün "Qarabağ"ın heyəti daha güclüdür..." ROMAL HÜSEYNOV: "Mütləq qalib gəlməliyik. İkinci dövrədə istəyimizə nail olmaq üçün bu vacibdir. Biz bunu edəcəyik. İmişlidən qələbə sədasını gözləyin..." Xatırladaq ki, oyun 08.12.2006-cı il, saat 14:00-da İmişli şəhər stadionunda keçiriləcək.

Paylaş

// pop up