"MKT-Araz" - "Qarabağ": qələbə həsrəti (FUTBOL+, 10.12.2005)

single-news
10 Dek 2005

"MKT-Araz" - "Qarabağ": qələbə həsrəti (FUTBOL+, 10.12.2005)



Turnir cədvəlində qonşu olan əyalət klubları cari mövsümdə ortabablardan sayılır. Bununla belə, "Qarabağ"la müqayisədə "MKT-Araz" daha iddialı görünür. Ötən mövsüm çempionluğa oynayan Ağdam klubu üçün "MKT-Araz" arzuolunmaz rəqib oldu. Təsadüfi deyil ki, ağdamlılar bu rəqiblə hər iki qarşılaşmada qələbəyə həsrət qaldı. Bu dəfə "MKT-Araz"ın bir qədər də gücləndiyini nəzərə alsaq, "Qarabağ"ın rəqibini yenə üstələyə bilməyəcəyi daha inandırıcı görünür. İmişli stadionu hələ də təmirdə olduğundan "Qarabağ" vaxtilə ev oyunlarını keçirdiyi Sumqayıtda "MKT-Araz"la üz-üzə gələcək. Ağdam klubunun legionerləri Kravçenkoyla Bekovaç artıq zədəsini sağaldıb və bu dəfə komandasına kömək edə biləcək. Legioner oyundaşlarıyla müqayisədə zədəsi o qədər ciddi olmayan Mübariz Orucovun adı son turda "Gəncə"ylə ev matçında protokola daxil edilmişdi və təcrübəli futbolçu bu dəfə ilk dəqiqələrdən meydanda ola bilər. MKT-Araz - Qarabağ Hakimlər: İ.Sultani, E.Musayev, Az.Q.Hüseynov, E.Məmmədov. Hakim-inspektor: Ə.Nağıbəyov. AFFA nümayəndəsi: S.İbrahimov. Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu. İmişli klubunun "ev"də keçirdiyi oyunların balansı: +0=1-0 (1-1). 2004/05 - 1:1. İtki: Nəbi Xanciqazov (MKT-Araz, zədəli). Üç sarı vərəqəsi olanlar: Dmitri Parxomenko, Ceyhun Adışirinov, Sinişa Brankoviç, Fabio Luis Ramim, Zoran Baldovaliyev (hamısı "MKT-Araz"), Blajenko Bekovaç, Mustafa Engin Özmən, Denis Sokolovski (hər üçü "Qarabağ").

Paylaş

// pop up