"MKT-ARAZ" "XƏZƏR" LƏNKƏRANI DA BÜDRƏTDİ
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/390.jpg)
9 Apr 2005
"MKT-ARAZ" "XƏZƏR" LƏNKƏRANI DA BÜDRƏTDİ
26-cı tura qalan iki oyun ilə yekun vuruldu.Lənkəranda İmişlinin "MKT-Araz" klubunu qəbul edən "Xəzər" ilk hissədən sonra irəlidə olsa da, ikinci hissədə "MKT-Araz" bərabərlik topunu vura bilib. Beləliklə, "Xəzər" "Neftçi"nı indiki durumda keçərək ikinci yerə qalxa bilməyib.
Digər oyunda isə, "Turan" Tovuzda "Göyəzən"ın qapısından 3 cavabsız top keçirib.
26 turdan sonra "Qarabağ" 61 xalla liderdir. İkinci yeri 57 xalla "Neftçi" tutur.