«MKT-ARAZ»la «ŞƏFA» STADIONUNDA OYNAYACAĞIQ

single-news
22 Okt 2004

«MKT-ARAZ»la «ŞƏFA» STADIONUNDA OYNAYACAĞIQ



Oktyabrın 23-də futbol üzrə Azərbaycan çempionatında 8-ci turun oyunları start götürür. Bu tur «Qarabağ» öz meydanında İmişlinin «MKT-Araz» klubunu qəbul edəcək. Lakin oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Suraxanıdakı T.İsmayılov adına stadionda keçirilməyəcək. Belə ki, bu stadionun ot örtüyündə təmir işləri aparıldığından qarşılaşma «Şəfa» stadionunun əsas meydançasında keçiriləcək. Oyun saat 16-da başlanır. Bütün «Qarabağ»sevərləri bu görüşə baxmaq üçün stadiona dəvət edirik.

Paylaş