MÖHTƏŞƏM QƏLƏBƏ: "QARABAĞ"- "XƏZƏR-LƏNKƏRAN" 3:1

single-news
13 Dek 2004

MÖHTƏŞƏM QƏLƏBƏ: "QARABAĞ"- "XƏZƏR-LƏNKƏRAN" 3:1



"Qarabağ" - 1.R.Mehdiyev, 2.A.Kərimov, 4.V.Tulyantsev, 5.A.İbrahimov, 7.A.Məmmədov(14.R.Musayev,74), 8.A.Cabbarov, 9.S.Musayev(17.V.Nadirov,63), 10.V.Vasilyev(21.İ.Məmmədov,81),15.M.Orucov, 16.S.Abbasov, 91.A.Ponomaryov. "Xəzər-Lənkəran" - 1.A.Martyoşkin, 4.İ.Kovaleviç, 6.F.Məmmədov(10.X.Məmmədov), 18.A.Qurbanov, 19.S.Əliyev, 20.B.Zeynalov, 22.O.Osadçıy, 23.S.Martin, 25.V.Lıçkin, 27.R.Abdullayev, 29.O.Dərəlioğlu. Oyun "Qarabağ"ın kəskin hücumları ilə başladı.Elə bunun nəticəsi olaraq, oyunun ilk on dəqiqəsi başa çatmamış, Vadim Vasilyev başla gözəl qol vurdu.Lakin bu qolu hakim oyundankənar vəziyyət kimi dəyərləndirdi. Buna baxmayaraq, "Qarabağ"ın hücumlarının kəsəri getdikcə artırdı.Oyunun 15-ci dəqiqəsində bu hücumlardan biri məntiqi sonluqla başa çatdı.Vadimin bu zərbəsinin qarşısını heş kim ala bilmədi. Qoldan sonra "Xəzər"in oyunçuları özünə gəlməmiş, 2-ci dəfə mərkəzdən başlamalı oldular. Bu dəfə Samir Abbasov gözəl baş zərbəsi ilə fərqi ikiyə yüksəltdi. Sonra oyunun sürəti daha da artdı.Hücumlardan birində "Xəzər" hesab arasındakı fərqi azalda bildilər.Lakin bundan artığını etməyə komandamızın oyunçuları imkan vermədilər. Əvəzində 2-ci hissə başlayan kimi Mübariz Orucovun asmasını Samir Musayev baş zərbəsi ilə qapıdan keçirtdi.Qarşılıqlı hücumlarla keçən oyunu izləyən azrkeşlər oyundan böyük zövq aldılar.Həm bu, həm də digər komandanın oyunçuları gözəl oyun görsətdilər. Hesab da oyuna görə idi: 3:1 Turun digər oyunları aşağıdakılardır: «MKT-Araz» - «Karvan» 0:2 «İnter» – «Bakı» 0:0 «Ədliyyə» - «Turan» 0:1 «Göyəzən» – «Şahdağ-Samur» 2:0 «Bakılı» - «Gənclərbirliyi» 2:3 MOİK – «Şəmkir» 0:0 «Karat» – «Şəfa» 4:1 «Neftçi» - «Kəpəz» 2:0

Paylaş