MÖHTƏŞƏM QƏLƏBƏ:"KARVAN" - "QARABAĞ" 0:1

single-news
27 Fev 2005

MÖHTƏŞƏM QƏLƏBƏ:"KARVAN" - "QARABAĞ" 0:1



"Karvan" - 99.D.Kromorenko, 4.T.Əhmədov, 22.S.Mütəllimov(2.R.Əmircanov,33), 44.M.Şükürov(55.C.Məhərrəmov,17), 14.M.Nəsirov, 32.N.Bayramov, 7.Q.Trapaidze, 5.A.Tuna(8.B.Müqədi,46), 6.K.Quliyev, 10.Z.Ramazanov, 16.F.İsmayılov. "Qarabağ" - 12.V.Kovalyov, 3.A.Kolinenko, 4.V.Boqaç, 6.S.Abbasov, 15.M.Orucov, 2.A.Kərimov, 91.D.Sokolovski(14.R.Musayev,83), 21.İ.Məmmədov, 11.E.İmaməliyev(8.A.Cabbarov,33), 9.S.Musayev, 10.V.Vasilyev(17.V.Nadirov, 41). Qol:10. Vadim Vasilyev - 23 dəq. Elə ilk dəqiqələrdən hər iki komandanın qol vurmaq istəyi matçın çox maraqlı keçəcəyini vəd edirdi. 12- ci dəqiqədə Zaur Ramazanovun qapımıza zərbəsi yaddaqalanoldu.Komandamızın cavabı özünü çox gözlətmədi.21-cı dəiqədə yandan mükəmməl ötürməni mükəmməl zərbə ilə Vadim Kromarenkonun qoruduğu qapıdan keçirtdi.0:1.Bundan sonra oyun daha da həm maraqlı, həm də sərt xarakter aldı. Bunun nəticəsi kimi, İqor Ponomaryov elə ilk hissədə iki məcburi dəyişmə etməli oldu: Əvvəlcə 33-cü dəqiqədə Emin İmaməliyevi zədəli Azər Cabbarov, 41-ci dəqiqədə isə Vadim Vasilyevi Vüqar Nadirov əvəzlədi. Buna qədər isə, 31-ci dəqiqədə rəqibin hücumlarından biri 11 metrə ilə nəticələndi ki, bunu da Zaur Ramazanov dəyərləndirə bilmədi. İkinci hissə də qarşılıqlı hücumlarla başlandı.Vüqar Nadirovun Samir Musayevlə rəqibin müdafiəsinə daim pressinq tətbiq etməsi ,rəqibin isə kortəbii irəli atılması arxa hissədə boşluqlar yaradırdı.Bunun nəticəsi kimi, 78-ci dəqiqədə İsmayıl Məmmədov qapıçı ilə təkbətək qaldı. Lakin Kromarenkonun sayıqlığı ikinci qola imkan vermədi. 81-ci dəqiqədə Ruslan Musayev Denis Sokolovskini əvəz etdi. Elə o, 83-cü dəqiqədə 100 faizlik qol imkanını- 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilmədi.Final fitindən sonra, "Qarabağ"ın qələbəsinə heç kimdə şübhə qalmadı. Digər oyunların belə nəticələnmişdir: ”MKT-Araz” - “İnter” 0:0 ”Gənclərbirliyi” - “Neftçi” 1:2 ”Şəmkir” - “Xəzər-Lənkəran” 0:4 ”Bakı” - “Gəncə” 1:0 MOİK - “Şahdağ-Samur” 0:0 "Karvan" - "Qarabağ" matçından foto görüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş