MOİK-lə oyunun hazırlıqları başladı

single-news
1 Noy 2010

MOİK-lə oyunun hazırlıqları başladı



`Qarabağımız MOİK-lə oyunun hazırlıqlarına başlayıb. `Xəzər-Lənkəran`la oyundan sonra komandamız dərhal 2-ci yarının ilk turundakı oyunun çalışmalarına start verib. Dünən bazamızda cənublularla oyunda meydanda olmayan və 90 dəqiqə mübarizə aparmayan futbolçularımız məşq ediblər. Bu gündən isə komandamız tam heyətlə məşqlərə başlayıb. Komandamızda 5 nəfər zədəli hələ də komandaya qoşula bilmir. Əfran İsmayılovun durumu məlum olsa da, Emin İmaməliyev, Maksim Medvedev `Xəzər-L.`la oyundan qabaq yenidən sıradan çıxıb. Samir Abasovun isə boyun fəqərələrində problem var.

Bu gün komandamız ilk olaraq fitnes zalında məşq edib. 15-00-da isə komandamız Zabrat qəsəbə stadionuna yollanacaq. Oyun gününə qədər komandamız Zabratda məşq edəcək.

Xatırladaq ki, `Qarabağ` - MOİK oyunu Noyabrın 5-ində saat 14:00-da baş tutacaq.

Paylaş

// pop up