"MOİK" - "QARABAĞ" HAZIRLIQDA SON MƏQAMLAR. . .

single-news
8 Sen 2006

"MOİK" - "QARABAĞ" HAZIRLIQDA SON MƏQAMLAR. . .



Ölkə Kubokunun sahibi "Qarabağ" Futbol Klubu kubok mücadiləsinə Ordu İdman Klubunun stadionunda start verəcək. Azərbaycan Kubokunun 1/16 final mərhələsi çərçivəsində I dəstə təmsilçisi olan MOİK komandasının qonağı olacaq "Qarabağ" FK oyuna hazırlıqlarını başa vurmaq üzrədir. Gündəlik bir dəfəlik T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşqlər axşam saatlarında keçirilir. Millinin düşərgəsində olan dörd futbolçumuz da artıq komandaya qoşulmuşlar. Bu futbolçulardan Sergey Sokolov yüngül zədə ilə döndüyündən həkim nəzarəti altındadır. Digər zədəli futbolçularımızın hamısı heyətə qayıtmasına baxmayaraq, qarşıdakı oyunda Baş Məşqçi Böyükağa Ağayevin hansı futbolçularına etimad göstərib, hansılarını çempionat oyununa saxlayacağı hələ ki məlum deyil: "Komandamın hazırkı durumundan razıyam. Hakan, Mübariz tam gücü ilə komandaya qoşulmuşdur. Azərin də çempionat oyununda komandaya kömək edəcək.İraklinin də zədə baxımından heç bir problemi qalmayıb və yalnız fiziki hazırlığının bərpası ilə məşğuldur. Bütün bunlar isə komandada istədiyim oyunu qurmaqda mənə kömək edəcəyini düşünürəm..." Xatırladaq ki, I dəstədə mücadilə edən "Qarabağ-2" komandası da "Şərur"la keçridiyi 1/32 final ilk qarşılaşmasında (8:0) 1/16 finala çıxışını demək olar ki təmin edib. Bu komandamızın 1/16 finalqa rəqibi isə "Bakılı" komandası olacaq.

Paylaş