MOİK - "QARABAĞ : STATİSTİKA
MOİK - "QARABAĞ : STATİSTİKA
Artıq sabah premyerliqanın 9-cu turunun oyunları start götürəcək. “Qarabağ” Futbol Klubu cari turda elitanın debütantı OMİK-lə qarşılaşacaq. Son 2 turda qələbə qazanan komandamız ordu klubuyla matçdan qələbə ilə ayrılaraq zəfər yürüşünü davam etdirmək istəyir. Şəfa stadionunda səfər komandası çıxış edəcəyimiz matç öncəsi görəsən statistika nə vəd edir? Maraqlıdır ki, 2 illik fasilədən elitaya qayıdan komandaya qarşı “Qarabağ” adətən uğurlu oyunalarıyla seçilib. İndiyə kimi Qəhrəman Əliyevin baş məşqi olduğu komandayla milli çempionatlar çərçivəsində 17 dəfə qarşılaşmışıq. 2 dəfə rəqibin qələbə qazanmasına imkan vermişik. Maraqlıdı ki, bu qədər qarşılaşmanın sadəcə birində tərəflər heç-heçəyə razılaşıb. 14 dəfə qələbə qazanan komandamızın bu baxımdan rəqibi üzərində nəzərəçarpacaq dərəcədə üstünlüyü nəzərə çarpır. Top fərqinə gəlincə. Qapımızdan 9 qol buraxsaq da rəqibin torunu düz 35 dəfə silkələməyə müvəffəq olmuşuq. Ümumiyyətlə, OMİK-in komandamızın üzərində sonuncu qələbəsindən düz 11 il keçib. Başqa sözlə OMİK 11 ildir komandamıza qalib gələ bilmir. Rəqiblərin sonuncu qarşılaşması 2005 6 mövsümünə təsadüf edib. 2006-cı il Aprelin 29-u baş tutan matçda komandamız 2:1 hesabıyla qələbə qazanmağı bacarıb. Maraqlıdı ki, həmin görüşdə qələbə topunu hal-hazırda “Qarabağ” məşqçilər korpusunda yer alan Müşviq Hüseynov imza atmışdı.