MOLDANADO TÜRKİYƏDƏ...
31 Yan 2008
MOLDANADO TÜRKİYƏDƏ...
"Fənərbağça" çilili ulduz Klaudio Moldanadonu transfer etdi. İstanbula gələn futbolçu dünən tibbi müayinədən keçib. Klub rəhbərliyi onunla il yarımlıq müqavilə bağlayıb. Moldanado Türkiyəyə xüsusi təyyarə ilə gəlib. Hava limanında komanda nümayəndələri ilə yanaşı azarkeşlər və kütləvi informasiya vasitələri qarşılayıb. Bunu görən futbolçu təəccübünü gizləd bilməyib. Bundan sonra açıqlama verən Cənubi Amerikalı futbolçu Türkiyəyə gəldiyi üçün sevindiyini bildirib: "Aleks, Edu, Roberto Karlos, Luqano və Deyvid kimi futbolçularla eyni komandada oynamağıma sevinirəm. Komandanın uğurları üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sakit və təmkinli insanam. Futbolu da belə oynayıram. Meydançada komanda yoldaşlarım ilə anlaşacağıma inanıram". 28 yaşlı çilili yarımmüdafiəçi daha çox müdafiəyə meyilli oyunu ilə diqqəti çəkir.
