Mourinyonun `Real`ı 18 ildən sonra

single-news
21 Apr 2011

Mourinyonun `Real`ı 18 ildən sonra



Mourinyonun `Real`ı 18 ildən sonra İspaniya Kral kubokunu qazandı

İspaniya Kral kubokunun final oyunu keçirilib. Kubokun sahibinin müəyyən edildiyi qarşılaşmada `Real` `Barselona` ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Madrid klubunun qələbəsi ilə bitib. İlk hissəsi qarşılıqlı hücumlar şəraitində keçən matça `Real` rəqibinə nisbətən daha üstün başlayıb və fasiləyədək artıq bir neçə qol epizodu yaxalayıb. Ancaq bunlardan yararlana bilməyən `kral klubu` soyunub-geyinmə otağına qolsuz heç-heçə ilə yollanıb.

İkinci hissədə `Barselona` oyunda üstünlüyünü hiss etdirsə də, Mourinyonun komandasına qarşı kəskin və həlledici hücumlar qurmaqda çətinlik çəkib. Bir epizodda isə Pedro topu qapıdan keçirib, ancaq ispaniyalı futbolçu oyundan kənar vəziyyətdə olduğu üçün bu top qol olaraq hesaba alınmayıb.

`Real`lı Anxel di Maria isə son dəqiqədə fərqlənmək şansı yaxalayıb, ancaq qapıçı yaxşı oynayıb. Belə olan halda, qarşılaşma əlavə vaxta gedib.

Əlavə vaxtın ilk 15 dəqiqəsində hesab olduğu kimi qalıb. Lakin əlavə olunmuş ikinci hissədə `Real` istəyinə nail olub. Marselo ilə di Marianın hazırladığı hücumu Kriştiano Ronaldo gözəl baş zərbəsi ilə tamamlayıb və hesabı açıb.

Bundan sonra da, `Barselona` hücum qurmaqda çətinlik çəkib və Mourinyo `Real`ın 18 illik həsrətini bitirərək İspaniya Kral kubokuna sahib çıxıb.

Paylaş

// pop up