Mövsümöncəsi rəhbərlikdən dəstək
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
4 Avq 2012
Mövsümöncəsi rəhbərlikdən dəstək
Sabah `Qarabağ`ımız üçün növbəti Azərbaycan çempionatı start götürür. Komandamız `İnter`in qonağı olacaq. Ənənəvi olaraq komandamız mövsümöncəsi dəstəksiz qalmayıb. Daim `Qarabağ`ımıza dəstək olan `Qarabağ`ın Futbol Klubunun vitse-prezidenti Tahir Gözel `Azersun Holding` şirkətlər qrupunun rəhbər heyətindən Fevzihan Arasla birlikdə komandamızın məskunlaşdığı otelə gələrək startöncəsi dəstəyini nümayiş etdirib. Tahir bəy futbolçuları salamladıqdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov yeni transferləri rəhbərliyə təqdim edib. Tahir bəy nitqində `Qarabağ`ın ölkənin ən özəl komandası olduğunu vurğuladı. Stabil heyətlə çıxış edən komandanın artıq hərtəfəli təcrübə qazandığını və artıq komandanın tək hədəfi – çempionluq olduğunu bildirdi. Fevzihan bəy də `Qarabağ`ın istənilən komandanı yenməyə qadir olduğunu, ötən mövsüm bəzən hədsiz motivasiyanın əleyhimizə işlədiyini vurğuladı. O da komanda üçün artıq qızıl medalları qazanmağın vədəsinin yetişdiyini bildirib.
Qurban müəllim eyni zamanda yeni mövsüm üçün Rəşad Sadıqovun kapitan seçildiyini bildirdi. Vitse-kapitanların isə Fərhad Vəliyev, Admir Teli və Namiq Yusifov olduğunu vurğuladı.
Sonda rəhbərlik futbolçulara `İnter`lə oyunda uğurlar arzuladı.
Qurban müəllim eyni zamanda yeni mövsüm üçün Rəşad Sadıqovun kapitan seçildiyini bildirdi. Vitse-kapitanların isə Fərhad Vəliyev, Admir Teli və Namiq Yusifov olduğunu vurğuladı.
Sonda rəhbərlik futbolçulara `İnter`lə oyunda uğurlar arzuladı.