MÖVSÜMÜ QƏLƏBƏ İLƏ BAŞA VURDUQ ! ! !
MÖVSÜMÜ QƏLƏBƏ İLƏ BAŞA VURDUQ ! ! !
“Qarabağ” mövsümün son oyununu qələbə ilə başa vurmaq istədiyi matçın ilk dəqiqələrindən hiss olunurdu. Düzdü, görüşün ilk dəqiqələrindən irəli atılan komandamız qola qədər xüsusi təhlükəli vəziyyət yarada bilməmişdi. Burada komandanın kapitanı Aslan Kərimovun yoxluğunda ortada sahədə olan kiçik boşluğun payı vardı. Kərimovdan söz düşmüşkən, millinin də kapitanı olan Aslanla yanaşı eyni səbəbdən dolayı mövsümün ikinci yarısında “Qarabağ”ın bütün matçlarında start heyətində meydana çıxmış Maksim Medvedev də görüşü ehtiyat oyunçular skamyasında izləməyə məcbur olmuşdu. Beələdə son xəttdə Samir-Hüseyn-Nodar-Timur, ortada isə Qoqa-Hakan-Namiq-İliç mübarizə apardı. Hücumda isə bir oyunluq aradan sonra Vaqif Cavadov əsas heyətdə yerini almışdı. Bəribaşdan qeyd edək ki, 17 yaşlı hücumçu qələbədə böyük payı olmaqla yanaşı qışda “Qarabağ”a transfer olduğundan bəri ən yaxşı oyununu keçirdi.
Qeyd etdiyimiz kimi, oyunun ilk dəqiqələrindən rəqibi öz sahəsinə çəkilməyə məcbur edən komandamız hücumları son ötürmənin yanlış olması sonucunda məntiqə sonluğa qovuşmurdu. Lakin, oyunun 26-ci dəqiqəsində əla kombinasiya nəticəsində cərimə meydançası həndəvərində topu ələ keçirən Vaqif uzaq küncə dəqiq zərbə vurdu. Qoldan sonra hücumlarını davam etdirən komandamız 36-ci dəqiqədə hesabı artırmağa borclu idilər. Lakin əks-hücum zamanı birdən-birə Qoqa-İliç-Vaqif qarşısında rəqibdən sadəcə 1 futbolçu qalsa da sonuncu futbolçu zərbə vurmaq əvəzinə İliçə ötürmə verdi. Serbiyalı da öz növbəsində zərbə deyil ötürmə etməyə üstünlük verməsi 100%-lik qol imkanın boşa getməsinə səbəb oldu.
İlk yarının bu hesabla başa çatması ilə razılaşmayan qonaqların baş məşqçisi İqor Nakoneçnı ikinci yarıya 2 əvəzetmə ilə başlasa da “MKT-Araz” qol epizodu yaratmaqda çətinlik çəkirdi. Bu arada isə əks-hücumlar zamanı bütün ötürmələri əla qəbul edən Vaqif cəhdləri sonda bəhrə vermirdi. Matçın sonlarına yaxın İmişli klubu bütün komanda ilə irəli atılsa da matçda başqa qol vurulmadı və “Qarabağ” cari mövsümün sonuncu matçını qələbə ilə başa vurmaqla yanaşı çempionatı 8-ci pillədə başa vurdu.
