Mövsümün son ev oyununda 3 cavabsız qol

single-news
16 May 2026

Mövsümün son ev oyununda 3 cavabsız qol



“Qarabağ” – “İmişli” – 3:0

Kamilo Duran, 46, Marko Yankoviç, 66, Abdullah Zubir, 78

 

Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XXXII turunda rəqib “İmişli” olub.

 

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Bu matç komandamızın mövsümdə son ev qarşılaşması olub.

 

“Qarabağ” meydana aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Oyun komandamızın üstünlüyü ilə keçib. Rəqib qapısına hücumlar təşkil edən “Qarabağ” ilk yarıda qonaqların müqavimətini qıra bilməyib.

 

Görüşdəki qollar fasilədən sonra vurulub. İkinci hissənin əvvəlində Kamilo Duran hesabı açıb. Az sonra Marko Yankoviç komandamızın üstünlüyünü artırıb – 2:0.

 

Matçın sonlarında daha bir qol vurulub. Abdullah Zubir komandamızın böyükhesablı qələbəsini rəsmiləşdirib – 3:0.

 

Qeyd edək ki, “Qarabağ” mövsümdə son oyununu mayın 22-24-də baş tutacaq XXXIII turda səfərdə “Sumqayıt”a qarşı keçirəcək.

Paylaş

// pop up