Mövsümün son qalibləri: Adamiya və Şoliç (apasport.az)
27 May 2010
Mövsümün son qalibləri: Adamiya və Şoliç (apasport.az)
Peşəkar Futbol Liqası (PFL) və Unibank Kommersiya Bankı aprel və may ayları üçün Unibank Premyer Liqasının ən yaxşı futbolçularını seçib.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın gürcüstanlı hücumçusu Georgi Adamiya ötən, “Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Aleksandar Şoliç bu ayın ən yaxşısı adına layiq görülüb. Qaliblərin təltif etmə mərasimi bu gün “Dalğa Plaza”da keçirilib. KİV nümayəndələrinin də qatıldığı tədbirdə Unibank və PFL-in rəhbərliyi iştirak edib. Qaliblərə ənənəvi 1111 manat pul mükafatı və xatirə hədiyyələri verilib. Adamiya mövsümün yekununa əsasən bürünc, Şoliç isə gümüş medal və ölkə kubokunu qazanıb. Aleksandr ölkə kubokunun final matçının da ən yaxşısı seçilmişdi.
Qeyd edək ki, sorğuda iştirak edən saytımız həm Adamiya, həm də Şoliçlə bağlı düzgün seçim edib.