MÖVSÜMÜN SON TESTİ

single-news
21 May 2008

MÖVSÜMÜN SON TESTİ



Bildiyiniz ki, “Qarabağ” Futbol Klubu daim futbola sirayət edən texnologiyalardan yararlanmağa çalışıb. Fərqli üsullarla futbolçuların fiziki-texniki göstəricilərini müəyyənləşdirmək, onların son durumunu öyrənmək üçün mütəmadi olaraq testlər keçirilir. Artıq, premyerliqanın son turu öncəsi komandamızda sonuncu test həyata keçirilib.

Fiziki koordinator Mehmet Akın yaradıb, tətbiq etdiyi test zamanı futbolçular müyyən zaman kəsiyində polar saatlarla qaçışla normativ yerinə yetirmişlər. Suraxanı qəsəbə stadionunda keçirilmiş test haqqında Mehmet bəydən soruşduq:”Məlum olduğu kimi, müəyyənləşdirilmiş vaxtlarda belə testlər keçiririk. Bu testin mahiyyəti həm müvsüm sonu futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirmək həm də qeydə alınmış göstəricilərə görə gələn mövsümün hazırlıq dönəminin başlanğıcına qədər futbolçulara verəcəyimiz fərdi hazırlıq proqramını müəyyənləşdirmək idi.”

Mütəxəssisdən  testdən alınmış nəticlər barəsində soruşanda belə bir cavab aldıq: ”Sözün düzdü, bura gələrkən belə nəticələr alacağımı gözləmirdim. Komandanın təcrübəlilərindən tutmuş gənclərinə qədər hər kəs də yüksəlmə var. Ən yaxşı göstəricilərə gəlincə, Şəhriyar və Maksim yaşlarının da verdiyi üstünlüklə testi əla yerinə yetirdilər. Ümumilikdə, bütün komandanın mövsüm sonunda hazırlığı çox yaxşıdır. Bir məlumat deyim. Hal-hazırda bu testi “Qalatasaray” futbolçularına tətbiq etsəniz 14,2-14,6 göstəricisini alarsınız. “Qarabağ”da isə bu 15,3dür. Bu yetərincə ciddi nailiyyətdir.  Futbolçularımızın bu göstəricilərini qoruyub saxlamaqla gələn il daha da qaçan, mücadilə edən, yorulmayan “Qarabağ” görəcəksiniz.”

Paylaş

// pop up