Muarem Muarem 3,5 il `Qarabağ`da!!!
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5554.jpg)
7 Fev 2012
Muarem Muarem 3,5 il `Qarabağ`da!!!
`Qarabağ`ımız qış fasiləsi dönəmində 3-cü transferini rəsmiləşdirdi. Vaqif Cavadov, Eltun Yaqublunun ardınca 3-cü yeni adla daha da gücləndik. Komandamız öz siyasətinə uyğun olaraq gənc və milli üzvünü sıralarına qatıb. `Qarabağ`ımız Makedoniya millisinin pleymeykeri Muarem Muaremi ölkəsinin `Rabotniçki` klubundan transfer edilib. 23 yaşlı futbolçuyla 3,5 illik müqavilə bağlanıb. Türkəsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Muarrem müqavilə imzaladıqdan sonra saytımıza danışıb:` `Qarabağ` kimi böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Biliriəm ki, `Qarabağ` Azərbaycanın ən böyük komandasından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə `Qarabağ` Avropa Liqasında `Metallurq`la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm. `Qarabağ`da hədəfim ilk növbədə çempion olmaqdır. Bilirəm ki, uzun müddətdi çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldü (gülür.) `Orduspor` da uzun müddət superliqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. `Qarabağ`ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, `Qarabağ`ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimiz bilsin ki, meydanda `Qarabağ`ın qazanması üçün çalışan Muarem görəcəklər.`