Muarem Muarem:``Qarabağ`ın sözünü demə imkanı olacaq`.
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5679.jpg)
18 Sen 2012
Muarem Muarem:``Qarabağ`ın sözünü demə imkanı olacaq`.
`Qarabağ`ımız sonuncu oyunda AZAL-a böyükhesablı məğlubiyyətlə cari mövsüm ilk yenilgisini aldı. Oyunun gedişində cari mövsüm 2 qol vuran Muarem Muarem zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. Amma müayinə sonucunda Makedoniyalı türkün zədəsinin ciddi olmadığını müəyyənləşib. Muaremi dinləyək:`Oyun vaxtı ombamda kəskin ağrı hiss etdim. Amma müayinə zamanı ciddi bir şey çıxmadı. Artıq ağrılar səngiyib. Sabahdan etibarən `Turan`la oyunun hazırlıqlarında iştirak edəcəyəm.` 23 yaşlı yarımmüdafiəçi sonuncu məğlubiyyəti də dəyərləndirib:` Hər halda AZAL özü də belə qələbə qazanacağını gözləmirdi. Bu oyun bir qəza idi. Əmin ola bilərsiz ki, bir də belə bir şey təkrarlanmayacaq. Həm də bu oyunu unutmalıyıq. Təbii ki, dərs çıxarmaq şərtiylə. Çempionat yeni başlayıb və biz hədəflərimizə köklənməliyik. Qarşıda bizi 3 ağır səfər oyunu gözləyir. Azərbaycan çempionatının ən maraqlı özəlliyi ondan ibarətdir ki, hamının xal qazanma ehtimalı var. `Turan`la qarşıdan gələn oyun çətin olacaq. Amma Tovuzla yanaşı Gəncə və Zaqatalada da 3 xal üçün meydana çıxacağıq. `Qarabağ`ın sözünü deməsi üçün yetərincə imkanı olacaq.`