`Müalicənin effektini daha erkən aldıq`

single-news
23 Noy 2013

`Müalicənin effektini daha erkən aldıq`



`Qarabağ`ımız premyerliqanın XIV turunda `Rəvan`la qarşılaşacaq. Komandamız oyuna itkilərlə  çıxacaq. Admir Telinin zədə, Riçard Almeydanın cəza səbəbindən oyunu buraxacağı dəqiqdir.  Belindəki ağrılar səbəbindən AZAL-la və millinin 2 son hazırlıq matçını buraxan Rəşad Sadıqov son məşqlərdə fərdi hazırlıqla kifayətlənib. `Qarabağ`ın və millinin kapitanının son durumunu öyrənmək  üçün  klubumuzun fizioterapevti Murat Şahinoğluya mürciət etdik:`Bildiyiniz kimi, Rəşad uzun müddətdir belindəkı ağrılardan əziyyət çəkir. Uzun müddətdir bu ağrılar var. Amma AZAL-la oyundan qabaq ağrılar daha da şiddətləndi. Belə də oyunu buraxmalı oldu. Rəşad üçün xüsusi müalicə proqramı tətbiq etdik. Əslində, kapitan bu turu da buraxmalıydı. Amma Rəşad məşqlərdə xüsusi əzmlə çalışır. Müalicənin effektini gözlənildiyindən daha erkən aldıq. Buna görə də oyun günü özünü necə hiss etməyindən asılı olaraq meydana çıxması mümkündür.`

Paylaş

// pop up