Müdafiəçimiz Albaniya millisinə çağırıldı

single-news
17 Mar 2009

Müdafiəçimiz Albaniya millisinə çağırıldı



`Qarabağ`ımızın müdafiəçisi Admir Teliyə millidən dəvət gəlib. Klubumuza Albaniya federasiyasından daxil olan faksda 27 yaşlı müdafiəçinin Martın 23-ündə Albaniyada olması istənilir. Teli millisinin tərkibində Martın 28-i Macarıstan, Aprelin 1-i isə DAnimarka ilə seçmə mərhələnin oyunlarında iştirak etməlidir.

Başarılı futbolçumuz saytımıza verdiyi açıqlamada bu barədə fikirlərini bildirib:` Bildiyiniz kimi, qırmızı vərəqə aldığımdan sonuncu matçı buraxmalı olmuşdum. Qarşıda bizi 2 prinsipial oyun gözləyir. Çalışacam ki, klubumuzu ən yaxşı şəkildə təmsil edim. `Qarabağ` haqqında orada danışacam. Təbii ki, özümlə ən yaxşı xatirələrimi aparıram. Nə qədər uğurlu oynasam bir o qədər `Qarabağ`ın adını uca tutaram.`

Paylaş

// pop up