MÜDAFİƏMİZİN "BENEFİSİ" . . .

single-news
16 May 2005

MÜDAFİƏMİZİN "BENEFİSİ" . . .



"XƏZƏR-L" : 1. A.Martyoşkin, 2.M.Saviç, 3.Ə.Niftəliyev, 4.D.Kolqu, 6.F.Məmmədov, 7.S.Əliyev, 11.İ.Qurbanov (15.R.Kərimov,69), 18A.Qurbanov, 23.M.Stankov, 27.R.Abdullayev(11.B.Musayev,81), 29.O.Dərəlioğlu (10.X.Məmmədov,83). "QARABAĞ" : 1.R.Mehdiyev, 3.A.Kolinenko, 4.V.Boqaç, 5.A.İbrahimov, 15.M.Orucov, 7.A.Məmmədov (14.İ.Karamanov,72), 11.M.E.Özmən (17.V.Nadirov,57), 20.R.Musayev (9.S.Musayev,56), 91.D.Sokolovskiy, 21.İ.Məmmədov, 10.V.Vasilyev. QOLLAR:S.Əliyev (34, 43), R.Abdullayev (74) Matç qarşılıqlı hücumları ilə başlandı. 4-cü dəqiqədə yandan asmadan sonra qapıçı səhvə ol versədə, Vadim bundan istifadə edə bilmədi. 8-ci dəqiqədə isə, Denis Sokolovskinin ötürməsinə hücumçumuz çata bilmədi. Rəqibin cavabı da təhlükəli oldu. 11-ci dəqiqədə Samir Əliyevin zərbəsinin Rauf Mehdiyev tuta bildi. Az sonra yandan Samir Əliyevin ötürməsinə Oktay çata bilmədi. Hissənin ortalarında oyunda sürət bir qədər aşağı düşdü. Bu nisbi sakitçiliyi isə Boqaç pozdu. Mərkəzdən İlqar Qurbanovun irəli vurduğu zərbə Boqaçın ayağının altından keçib arxada boş qalmış Samir Əliyevə çatdı. Qapıçı ilə təkbətək qalmış Samir hesabı açdı. Bu matçın 34-cü dəqiqəində baş verdi. 9 dəqiqə sonra bu dəfə yandan İlqar Qurbanovun ötürməsini Samir zərbə ilə başa vura bildi... İkinci hissədə baş məşqçimiz üç dəyişiklik etsə də, bu matçda dönüş yaratsa da, rəqib qapısına yol tapan olmadı. Əvəzində əks hücumların birində üçüncü dəfə mərkəzdən başlamağa məcbur olduq... Digər oyunlar belə nəticələnmişdir: ”Gənclərbirliyi” - “Bakılı” 3:1 ”Şəmkir” - MOİK 0:1 ”Gəncə” - “Neftçi” 0:1 ”Bakı” - “İnter” 2:0 ”Turan” - “Ədliyyə” 4:0 ”Karvan” - “MKT-Araz” 2:0 ”Şahdağ-Samur” - “Göyəzən" 3:1 ”Xəzər-Lənkəran” - “Qarabağ” matçından fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş