“Müsbət nəticə çox önəmli idi”

single-news
20 Sen 2024

“Müsbət nəticə çox önəmli idi”



Misli Premyer Liqasının VII turunun “Qarabağ” – “Neftçi” oyunundan (4:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“İlk olaraq Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gün idi. Oyuna gəlincə, çox yaxşı komandaya qarşı vacib matça çıxdıq. “Neftçi”nin son nəticələrinə baxdıqda, bu görüşə çox ciddi hazırlaşacağını bilirdik. Bunu da meydanda hiss etdik. Birinci hissədə üç qol vursaq da, fasilə ərəfəsində rəqib üstünlüyü ələ aldı. İkinci hissədə risk etməyə başladılar. Futbolçularımız çox çətinlik çəkdilər. Buna baxmayaraq, müsbət nəticə çox önəmli idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

 

Baş məşqçi UEFA Avropa Liqasının I turu çərçivəsində sentyabrın 26-da İngiltərənin “Tottenhem” klubuna qarşı səfərdə keçiriləcək oyuna hazırlıq məqsədilə bəzi elementləri sınaqdan keçirdiklərini bildirib: “Oyunun gedişi ilə əlaqədar bunlar az alındı. Matçın sonlarına yaxın həmin elementləri daha çox sınaqdan keçirdik. Avropa Liqası oyunlarında temp daha yüksək olur. Biz də buna hazır olmalıyıq”.

 

Qurban Qurbanov Ağdam şəhərində “İmarət” stadionunun təməlinin qoyulmasına da münasibət bildirib: “Buna çox sevindim. Layihə ilə maraqlandım, şəkillərə baxdım. Sırf futbol üçün nəzərdə tutulan stadiondur. Futbolçular tribunalara daha yaxın olacaqlar”.

Paylaş

// pop up