Müşfiq ay yarım futboldan kənar qalacaq (ÇEMPİON, 16.09.2005)

single-news
16 Sen 2005

Müşfiq ay yarım futboldan kənar qalacaq (ÇEMPİON, 16.09.2005)



Həftəsonu səfərdə “Karvan”ın qonağı olacaq “Qarabağ” daha bir itki ilə üzləşib. Belə ki, komandanın hücumçusu Müşfiq Hüseynov zədə səbəbindən Yevlaxa gedə bilməyəcək. Hələ birinci turda “Turan”la matçda ayaq barmağını zədələyən forvardı həkim müayinəsindən keçirdikdən sonra onun ay yarım futbol oynamayacağını bildiriblər. Hüseynov yalnız növbəti turda “Xəzər-Lənkəran”la görüşdə komandasına kömək edə biləcək. “Qarabağ”la bağlı daha bir xəbər. Belə ki, klubun oktyabrın 2-də lənkəranlılarla ev matçını hansı stadionda keçirəcəyi hələ dəqiqləşməyib. Kluba məxsus olan Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda gedən təmir işləri uzandığından stadionun açılışının nə vaxt olacağı hələ məlum deyil.

Paylaş