Müşfiq Hüseynov:`Qarabağ`ı saxlamaq çətin olacaq`
Müşfiq Hüseynov:`Qarabağ`ı saxlamaq çətin olacaq`
`Qarabağ`ımız daim komandaya sadiq, fədakar insanlarıyla fərqlənib. Bu insalardan biri də adını Azərbaycan futboluna qızıl hərflərlə yazdırmış Müşfiq Hüseynovdur. Ölkəmizdə ilk dəfə mərhələ adlayan komandamıza qələbə gətirən komandamızda indi məşqçi işləyən Hüseynov səbəb olub. Azərbaycan çempionatları tarixində 2-ci bombardir olan Hüseynov çempionat öncəsi saytımıza fikirlərini bildirib:`Qarabağ` hər zaman döyüşkən komanda olub. Hələ 10 il bundan qabaq çətin durumda belə vuruşaraq nəticə qazanmışıq. Avrokuboklarda püşk atılanda heç kim bizə inanmırdı. Amma, sübut etdik ki, futbolda hər şey mümükündü. İndi qabaqdan çempionat gəlir. 32 oyunluq marafonda çalışmalıyıq ki, avrokuboklarda qazandığımız nüfuzu qoruyaq. Bizdə əla kollektiv var. Hər kəs bir-birini həm meydanda, həm də kənarda yaxşı anlayır. İnanıram ki, avrokuboklarda yaxaladığımız ruhu saxlaya bilsək, çempionatda bizim qarşımızı kəsən olmayacaq. Bütün rəqiblərimizə hörmətimiz var. Amma `Qarabağ` artıq fərqini çempionatda da ortaya qoyacaq`