MÜŞFİQ QƏNBƏROV "QARABAĞ"DA. (Çempion, 07.01.2005).

single-news
7 Yan 2005

MÜŞFİQ QƏNBƏROV "QARABAĞ"DA. (Çempion, 07.01.2005).



Birinci dövrədən sonra "Qarabağ" turnir cədvəlində birinci yerdə qərarlaşsa da, klub ətrafındakı söz-söhbətlər səngimək bilmir. Artıq komandanın kapitanı Mehman Yunusov "Karvan"a keçib. Son vaxtlar mətbuatda klubdan daha bir neçə futbolçunun, həmçinin baş məşqçi İqor Ponomaryovun ayrılacağı ilə bağlı xəbərlər yazılır. Klubun rəsmi saytında yuxarıda sadaladağımız məsələlərə münasibət bildirilib. Mətbuata açıqlamasında son vaxtlar klub barəsində çıxan xəbərlərin həqiqətə uyğun olmadığı bildirilir. Burada komandadan ayrılacağı bildirilən İqor Ponomaryovun postunda olduğu və bu günlərdə Bakıya gələrək komanda ilə birgə ayın 10-da Antalyaya təlim-məşq toplanışına yollanacağı bildirilir. Açıqlamada Vadimin komandadan gedəcəyi ilə bağlı gəzən xəbərlərin doğru olmadığı göstərilir. Bundan başqa burada Aslan Kərimovun "MKT-Araz"la müqavilə bağlamadığı bilidirlir. Mətbuat açıqlamasında son vaxtlar komandadan ayrılacağı yer alır. Ruslan Musayevin Antalyadakı toplanışa qatılacağı və müqaviləsinin iyunun 30-da başa çatacağı bildirilir. Onu da nəzərinizə çatdıraq ki, dünən əldə etdiyimiz məlumata görə, klub İran "Maşinsazi"sinin futbolçusu Müşfiq Qəmbərovla müqavilə imzalayıb. Qeyd edək ki, Qəmbərovla müqavilənin müddəti bu mövsümün sonuna qədərdir. Klubun icraçı direktoru Əmrah Çəlikəldən aldığımız məlumata görə, əgər onun oyunu rəhbərliyi qane etsə, müqavilə müddəti daha bir illiyə uzadılacaq

Paylaş