Müstəqil Azərbaycan 20

single-news
18 Okt 2011

Müstəqil Azərbaycan 20



Bu gün, 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqillik Günüdür. Bu münasibətlə `Qarabağ` Futbol Klubu adından bütün Azərbaycan xalqını təbrik edir, xalqımıza sülh, firavanlıq və hər zaman müstəqil olmağı arzu edirik!

20 il öncə, Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi və bununla da Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının davamçısı, varisi elan olundu.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

Beləcə, 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.
Müstəqilliyimizin əbədi olması diləyi ilə...

Paylaş

// pop up