MÜŞVİQ HÜSEYNOV: “QARABAĞ”DAN BÖYÜK SEVGIM YOXDUR”

single-news
27 Apr 2007

MÜŞVİQ HÜSEYNOV: “QARABAĞ”DAN BÖYÜK SEVGIM YOXDUR”



O, heç şübhəsiz ölkə futbolunun ən güclülərindən sayılır. “Qarabağ” üçün etdiklərini nəzərə alsaq onu klubun canlı əfsanəsi adlandıra bilərik. Bəli, yəqin söhbətin karyerasının böyük hissəsini Ağdam klubuna həsir etmiş, komanda da 100-dən çox qola imza atmış, Azərbaycan klublarının tarixində ilk dəfə Avrokuboklarda mərhələ keçməsinə səbəb olan Müşviq Hüseynovdur. Forvard uzun illərdən sonra rəsmi olaraq Aprelin 27-ində karyerasına son qoyacaq. Səbəbkar bizimlə söhbətdə, tarixi anlara boylanmaqla gələcək planları haqqında fikirlərinin bölüb

- Müşviq, futbola ilk gəldiyin günləri xatırlayırsan?
- Deyərdim ki, futbola gəlməyimin əsas səbəbi qardaşım Yaşar olub. Yadımdan hec vaxt çıxmaz. Yaşar məşqə gedəndə mən də onun arxasınca gedib məşqlərə baxırdım. O zaman mənim 5-6 yaşım olardı. Beləcə yavaş-yavaş futbola həvəsim yarandı. Artıq, 7 yaşımdan məşqlərə başladım.
- Yəqin, ilk məşqçini xatırlayarsan?
- İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub.
- Bağırov haqqında  ancaq xoş sözlər eşitmişəm. Hər halda Müşviqin bir şəxsiyyət kimi formalaşmasında onun böyük rolu olub.
- Əlbəttə. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi.
-   Futbolçu olmağı nə zamana qərara aldın?
-  Demək olar ki, ayağıma ilk top dəyən andan. Dəqiq yadımdadır. Bir dəfə Məhərrəmgil (“Qarabağ”ın hazırki, inzibatçısı- red) futbol oynayırdı. Onların 15-16 yaşı vardı. Mən isə cəmi 10 yaşında özümdən böyüklərlə oyunda 1 qola da imza atdım. Mənim həmin görüşdə oynamağıma da Allahverdi müəllim səbəb oldu. Dedi ki, sənə inanıram. Çıx oyna. O, gün analadım ki, futbol mənim ayrılmaz hissəmə çevriləcək.
-  Onda da hüçumçuydun?
- Yox, əvvəllər, meydanın mərkəzində  oynayırdım.
- Amma, hüçumcu kimi məşhurlaşdın.
-  Hə. İrəliyə daha çox can atırdım. Bir də ayıldım ki, artıq, hüçumcuyam.
-  Maraqlıdı ki, qardaşın eyni mövqedə oynayırdı...
- Yox, deməzdim ki, bir – birimizə maneə olurduq. Əksinə, uzun müddət bir yerdə oynamağımız bizə çox şey verib. Deyərdim ki, Yaşar kimi meydanda məni başa düşən ikinci futbolçu yoxdur. Mənim qollarım əksəriyyətində qardaşımın böyük rolu var. Eyni zamanda Yaşarın da fərqlənməsində az əməyim olmayıb.(gülür)
-  “Qarabağ”ın heyətində ilk oyuna çıxmağınız yadına gəlir?
-  Dəqiq yadımdadır. 14 yaşımı bitirmişdim. Dekabr ayı idi. Hansısa Bakı klubu ilə oynayırdıq. 15 dəqiqə meydanda oldum. Özüdə sağ cinah yarımmüdafiəçisi kimi oynamışam. İkinci dövrədə isə demək olar ki, bütün oyunlarda çıxış etmişəm.
- Futbolda idealın kim olub?
- Azərbaycan futbolunda İsgəndər Cavadov, Maşallah Əhmədov kimi ustalar olub. Onların oyunu bəyəndiyimi deyə bilərəm.
- Hər halda futbol başladığın anlarda bənzəmək istədiyin futbolçu olmuş olar..
-  Əlbəttə, İsgəndər Cavadovu unutmaq mümkün deyil. Onun fintlərinə  həsədlə baxırdım. Hər halda İsgəndər bəyi fərqləndirərdim. Onunla oynamaq hər kəsin arzusudur.
- Müşviq karyeranın ilk illəri Qarabağın ağır durumuyla üst-üstə düşüb. Bütün çətinliklərə baxmayaraq hər iki Qarabağ mübarizə aparmaqdan çəkinməmisiniz..
- O dövr gözümün qabağında lent kimi canlanır. Hər an ölüm təhlükəsi, döyüş vəziyyətləri. Dəfələrlə oynadığımız anda stadionun ətrafına mərmilər düşüb. Bir dəfə futbolda mərmilər düşdü. Hamı paltardəyişmə otağından sığınacaq kimi istifadə  etdi. Həmin vaxtları unutmaq mümkün deyil. Bizdə döyüşmək istəkdə qoymurdular. Deyirdilər ki, siz həftədə bir dəfə gutbol oynamağınız burada ki, insanlara əlavə dəstək verir. İnan ki, hər yerdə bu sözləri eşidirdik. Bu isə bizi 2qat güclə oynamağa məcbur edirdi.
-  Nə zamansa futbolçu olmağına peşman olmusan?
-  Bir neçə dəfə olub. Amma bu hər kəsin başına gələ bilər. Amma, ümumilikdə narazılığım yoxdur.
- Müşviq, səni Ağdam futbolunun gəlmiş-keçmiş ən güclü futbolçusu hesab edirlər. Bu ad sənə deyir?
- Mən futbolçuyam. Deməzdim ki, hamıdan yaxşıyam. Mümkün qədər əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Ağdamda məndən də güclü futbolçular olub.
- Amma, sən təvazökarlıq etsən də futbol ictimaiyyəti birmənalı olaraq bunu belə qəbul edir.
- Yəqin, “Qarabağ”ın uğurlarında az-çox payımın olmasına görə belə deyirlər. Amma, yenə də deyirəm. Sadəcə, boynuma düşən yükü yerinə yetirmək istəmişəm.
- Maraqlıdı ki, çox gənc yaşlarında “Qarabağ”ın kapitanı seçilmisən. Özüdə səndən bir neçə yaş böyük qardaşının olmasına rəğmən...
- Tək mənim qərarım olmadı. Komanda özü məsləhətləşmələrdən sonra buna qərar verdi.
- Bir kapitan daim oyundaşlarına nəzarət etməlidi. Şərq mentalitetinə görə, adətən kiçiklər böyük qardaşın yanında...
- Başa daşdüm nə demək istəyirsən. Amma, meydanda futbolçu bir-birilə qardaş deyil, komanda yoldaşlarıdır. Amma, deməzdim ki, kapitanlığımı qardaşıma qarşı istifadə etmişəm(gülür).
- Müşviq, gələk, unudulmaz “Makkabi” ilə görüşə...
- Əlbəttə, “Makkabi” matçının özünəməxsus yeri var. İlk dəfə mərhələ, səfərdə xal. Bu qələbə nəinki, “Qarabağ”ın bütün Azərbaycanın idi. Sevinirəm ki, bu qələbədə payım olub. İnsanlar hələ də o qələbəni unuda bilməyibsə bununla sadəcə fəxr edə bilərəm.
-  Karyeranın ən udulmaz oyunu?
-  (Fikirləşir). Belə oyunlar çox olsa da, zənnimcə, qeyd etdiyim kimi, 14 yaşımda meydana çıxmağımı 50 il keçsə də unuda bilmərəm. İnan ki, ötürməni necə etdiyimi də bilmirdim. Həmin stressi indi də hiss edirəm.
- Hər halda ən yadda qalan qolunun da xatırlayarsan..
- Azərbaycan kubokunun finalında vurduğum ilk qolu heç vaxt unutmaram. Sabirabad klubuna vurduğum qol bizə kubok qazandırdı.
- Bilirəm ki, uzun müddətdi ibadətlə məşğulsan. Bu sənin futbol təfəkkürünə təsir edib?
-Əlbəttə. İnanki, əvvəllər qiblə nə olduğunu bilmirdim. Amma, ziyarətə getdikdən dünyagörüşüm təmamilə dəyişdi. Artıq 12 ildir ki, namaz qılıram və ibadət etməyim mənim pis vərdişlərdən qoruyur.
-  “Qarabağ”dan başqa klubda oynamaq istərdin?
- “Qarabağ”ın alternativi elə “Qarabağ”dır...
- O zaman “Qarabağ” sənin üçün nə deməkdir?
-  O bölgədə, boya –başa çatıb müharibənin hər bir üzüylə qarşılaşmışam. Bunun anlamaq üçün mənimlə o günlərlə qayıtmaq lazımdı. Həyatımda “Qarabağ”dan böyük sevgi olmadığını desəm yəqin məni başa düşmüş olarsınız.
-  Müşviq, ötən mövüsümün sonunda “Qarabağ”ın kuboku qazanmasında böyük rol oynadın. Bir daha sübut etdin ki, futbol yaşa baxmır. Buna necə nail olmusan?
- Məndən də, yaşlı futbolçular hal-hazırda meydanda mübarizə aparırlar. Ona görə də yaş amili məsələsi ilə razılaşmıram. Elə, götürək, Hakan Şükürü, Tərlan Əhmədovu, Vidadi Əhmədovu, Tuqayı.. Bu hər şeydən öncə futbolu necə sevməyindən və özünə “baxmağından” asılıdır. 
- Və futbolla vidalaşırsan...
-Düzdü, ağırdı. Amma, heç nə əbədi deyil. Bilirdim ki, əvvəl-axır getməliyəm. Şükür Allaha ki, xatirələrdə yaxşı iz buraxaraq ayrılıram.
- Müşviq, artıq məşqçilik karyerana başlayırsan. Özünü yeni sənətə hazır sayırsan?
- Məşqçiliyin ilk günləri futboldakı eyni zamanlarıma bənzəyir. Çox çətin və əsəb tələb edir. İnşaalah, zamanla, bu sahədə, sözümüzü deməyə çalışarıq. Amma, buradakı, əziyyət daha fərqlidir. Ona görədə ilk növbədə daha çox işləyib, öyrənmək lazımdır.
- Müşviq Hüseynovun  Avropada çalışacaq ilk nümayəndəmiz olacağına inanaqmı?
- Onu zaman göstərər. Əlbəttə, hər bir işdə ən yaxşısını arzulamaq lazımdır. Nə deyim, Allah ağzından eşitsin(gülür). Buna nail olsam, həqiqətən də məmnun olaram.

Paylaş