MÜTLƏQ ÇEMPİON - "QARABAĞ"

single-news
8 Apr 2006

MÜTLƏQ ÇEMPİON - "QARABAĞ"



Məhz bu başlıq komandamızın Mətbuat Xidmətinə mətbuat işçiləri tərəfindən verilən qiymətdir... Bu gün idman ictimaiyyətində öz dəsti-xətti ilə seçilən, futbol nəşrlərindən biri olan "Futbol+" qəzeti saytımız haqqında məhz bu başlıqlı yazını geniş oxuyucu auditoriyasına təqdim edib. Klub haqqında olan məlumatları mətbuata çatdırmağın ən asan və operativ yolu olan internet saytımızın məhz mətbuat işçiləri tərəfindən qiymətləndirilməsi bizi sevindirir.Onların bizi digərlərindən fərqləndirilərək, ən yaxşı hesab etməsi düzgün yolda olduğumuzu, klubla mətbuat işçiləri arasında körpünün təməlinin düzgün qurulduğunu göstərir. Bu bizə çatışmamazlıqların aradan qaldırılması və inkşaf üçün əlavə stimul verir. Yazını olduğu kimi sayt ziyarətçilərimizin diqqətinə çatdırırıq: _______ MÜTLƏQ ÇEMPİON - "QARABAĞ" Ölkə klublarının maliyyə dayaqları artanda onların hər mənada peşəkar olacağını düşünənlərin arzusu gözündə qaldı. Ən azı 3-5 əməkdaşı mətbuat xidmətində fəaliyyət göstərən klubların internet saytları haqda arzulananlar xəyal kimi də qalır. Bunu yalnız bir komanda haqda demək olmaz. Meydanda çempionluqdan uzaq düşən klubun yeganə əməkdaşı sayəsində internet saytı ölkəmizdə mütləq çempion olmaqla yanaşı MDB məkanında da seçilənlərdəndi. Etiraf edək ki, heç Rusiya və Ukrayna klublarının hamısı ingilis dilində oxunmur. “Qarabağ”sevərlər isə öz dilimizdən bişqa rus və ingilis dillərində də fəaliyyət göstərir. Özü də necə... Yada düşəndə təzələnən digər klub saytlarından fərqli operativlik, oyun bitincə reportaj və protokol, bu azmış kimi oyunlardakı bütün qolların videotəsviri, mətbuatda yazılanlar, komanda və oyunçular haqda ətraflı məlumat - bütün bunlar yalnız “Qarabağ”ın saytında operativlik və keyfiyyətlə seçilir. Artıq bir aydı ki, onlayn mətbuat xidməti də fəaliyyət göstərir. Foruma daxil olub komandaya bağlılığı olanlara sual ünvanlayıb və 1-2 saata cavabını almaq olar. Yeni mövsümdən isə mətbuat xidmətinin rəhbəri Asif Əsgərov yeni ideyasını gerçəkləşdirmək arzusundadı. Onda “Qarabağ”ın oyununu onun internet saytından canlı izləmək də olacaq. Komandaya məxsus video-onlayn ideyasını başqalarının yaxın 3-4 ildə gerçəkləşdirməsi mümkündü. Sadəcə, istəmək və işləmək sayəsində. __________________

Paylaş