Mundial: 2 tur arxada qaldı, Hollandiya və Braziliya

single-news
22 İyn 2010

Mundial: 2 tur arxada qaldı, Hollandiya və Braziliya



Dünya çempionatının ilk 2 turu arxada qaldı. O qədər də yüksək məhsuldarlıqla keçməyən mundialda Portuqaliya KXDR-in qapısından 7 cavabsız qol keçirməklə azarkeşlərə qol sevinci yaşatdı. Buna baxmayaraq Avropanın braziliyalıları elə sonuncu görüşdə Braziliya ilə taleyüklü oyuna çıxacaqlar. Ümumi götürdükdə, 8 qrupda cəmi 2 milli 1/8 finalda çıxış etmək hüququnu rəsmən əldə edib.  Son turun oyunlarından asılı olmayaraq Hollandiya və Braziliya milliləri play-offda oynama şansı əldə ediblər. Hollandlar sonuncu turda əldə edəcəyi nəticədən asılı olmayaraq qrupu lider kimi bitərəcəyi dəqiqləşib.

 

Portuqaliya - KXDR 7:0

  

Paylaş

// pop up