Mundial: 4 qrup bitdi. İngiltərə - Almaniya

Mundial: 4 qrup bitdi. İngiltərə - Almaniya
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı davam edir. Artıq 8 qrupun 4-ündə mübarizə başa çatıb. Play-offa çıxma şansı sual altında olan 3 favoritdən Fransa sonuncu oyunda da məğlub olaraq fiasko yaşadısa, İngiltərə və Almaniya son oyunda qələbə qazanmaqla minimum vəzifənin öhdəsindən gəldi. Maraqlıdır ki, hər 2 komandanın qələbə qazanması onların 1/8 finalda bir-birilə qarşılaşmasına səbəb oldu. Almanların məğlub etdiyi Qana yenilgiyə rəğmən növbəti mərhələyə vəsiqə qazanaraq növbəti mərhələdə Afrikanın şərəfi qoruyacaq yeganə yığma oldu.
Ən dramatik hadisələr isə İngiltərənin qrupunda yaşandı. İngilislər lider Sloveniyanı yenərək 1-ci pilləni ələ keçirdilər, həm də slovenlər 2-ci mərhələyə vəsiqə qazan(acaq)dı. Amma, ABŞ son saniyələrdə Əlcəzairi Donovanın vurduöu qolla məğlub edərək qrup liderliyini ələ keçirdi və 1/8 finalda Qana ilə üzləşdi.