Mundial həyəcanı başladı
Mundial həyəcanı başladı
Başladı…Dünyanın ən böyük futbol həyəcanı start götürdü. Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya çempionatı ilk günü arxada qoydu. Möhtəşəm açılışla strat götürən Afrikada keçirilən ilk mundialda 90 min insane izləyib. Açılış matçında ev sahibləri ilə Meksika üz-üzə gəlib. Gözlənilənlərin əksinə olaraq ilk oyun maraqlı alınıb. İlk yarıda mərkəzi amerikalılar rəqibini sıxsa da, qol səsi çıxmadı. 2-ci yarıda isə CAR hesabı açdı. 55-ci dəqiqədə Şabalala fərqləndi. Amma sona 10 dəqiqə qalmış Xavyer Aqirrenın yetirmələri Markeslə status-kvonu bərpa edib.
Qrupun favoritləri sayılan Fransa – Uruqvay oyununda dahesab açılmayıb. Olduqca sönük keçən oyunda ən yadda qalan hadisə latın amerikalıların heyətində Lodeyronun 81-ci dəqiqədə cari mundialın ilk qırmızı vərəqəsini alması oldu.