Mundial: son 8 və 3 duel

single-news
30 İyn 2010

Mundial: son 8 və 3 duel



Mundialda artıq son 8 iştirakçı məlumdur. Dünya çempionatının 14 finalçıları arasında daha 2 finala bərabər qarşılaşma baş tutacaq. Braziliya – Hollandiya və Almaniya – Argentina erkən final kimi dəyərləndirmək olar. Buna qədər isə Almaniya – İngiltərə və İspaniya – Portuqaliya matçları 18 finala rəng qatmışdı.
Digər cütlüklərdə isə 40 ildən sonra 14 finala çıxan Uruqvay ilk dəfə bu həyəcanı yaşayacaq Qana ilə qarşılaşacaq. Qana kimi ilk dəfə son `8`lik həyəcanı dadan Paraqvay isə son Avropa çempionu İspaniya ilə qarşılaşacaq.
14 finallarla bağlı maraqlı məqam ondan ibarətdir ki, 4 cütün 3-ündə Cənubi Amerika – Avropa dueli baş tutacaq. Latınlıların 4-cü təmsilçisi isə Afrika təmsilçisi ilə qarşılaşacaq.

1/4 final
2 iyul

19:00 Braziliya – Hollandiya
Port Elizabet. Nelson Mandela stadionu

23:30 Uruqvay - Qana
Yohannesburq. Sokker Siti stadionu

3 iyul

19:00 Almaniya – Argentina
Keyptaun. Qrin Point stadionu

23:30 Paraqvay – İspaniya
Yohannesburq. Ellis Park stadionu

 

Paylaş

// pop up