Munsterman Tahir Gözelə nə sözü verib? (korner.az)

single-news
12 Yan 2010

Munsterman Tahir Gözelə nə sözü verib? (korner.az)



`Qarabağ` və millinin gənc forvardı Vaqif Cavadovun `Tvente`ylə müqavilə bağlaması gündəmdən düşmür. Belə bir olayın reallaşmasında mühim rol oynayan `Qarabağ`ın vitse-prezindenti Tahir Gözel bu olayla bağlı klubun rəsmi saytına çaılqma verib. Diqqətinizə olduğu kimi çatdırırıq.

* `Biz bu yola qoyulandan bu anı gözləyirdik. Gənclərə verilən şans sabahımıza olan inamdır. `Tvente`ylə oyundan sonra `Tvente`nin prezidentiylə söhbət edirdik. Bu zaman Stiv Maklaren bizə yaxınlaşdı və bu günü heç vaxt unuda bilməyəcəyini dedi.  Bu bizim üçün bir nailliyyət idi.`

 * `Qarabağ`ın adı hər kəs üçün  nə anlam daşıdığı bəllidir. Munstermanla (`Tvente`nin prezidenti) söhbətdə `Qarabağ` həqiqətlərini ona danışdığımız zaman çox təsirlənmişdi. Onu inandıra bildim ki, bizimkilərə inanmaq və şans vermək lazımdı.`

* Munstermanla Vaqifin `Tvente` verilməsi haqda danışanda ona qarşı bu şərti qoydum. Vaqifi `Tvente`yə veririk. Amma Cavadov mütləq oynamalıdır! Çünki, Azərbaycanda yetişən gənc futbolçular ondan nümunə, örnək götürsünlər. Qoy mən də Vaqif kimi oynayım, `Qarabağ`ın verdiyi imkandan yararlanım, ölkəmi Avropada ən yaxşı şəkildə təmsil edim deyə. Və Munsterman mənimlə razışlaşdı. Və mənə söz verdi ki, `Vaqif` Tvente`də oynayacaq.`

Paylaş

// pop up